
Median.Az xəbər verir ki, avqustun 12-i saat 14 radələrində Sabirabad rayonunun Qaratoğay kəndi ərazisində, Sumqayıt şəhər sakini Ə.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sərnişini – nəvəsi Əşrəf hadisə yerində ölüb, özü və daha 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Bundan başqa, həmin gün saat 19 radələrində Goranboy rayonunun Rəhimli kəndi ərazisində, rayon sakini G.Tağıyev idarə etdiyi “VAZ-21015” markalı avtomobili aşırıb.
Nəticədə sərnişin – sürücünün atası Hümbət hadisə yerində ölüb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Leave a Reply