Yevlaxda yolu keçmək istəyən kişini maşın vurub

Yevlax şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın report-a istinadən məlumatına görə, Fikrət Əmirov küçəsində yolu qarşı tərəfə keçmək istəyən 1972-ci il təvəllüdlü yerli sakin Qorxmaz Sultanovu maşın vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada elə hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *