В ДТП в Сабирабаде погибли два человека

Sabirabadda iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Horadiz magistral yolunun Sabirabad rayonunun Nərimankənd yaşayış məntəqəsindən keçən hissəsində qeydə alınıb.

Şahidlərin sözlərinə görə, iki minik avtomobili toqquşub, 2 nəfər ölüb, yaralananlar var.

Xəsarət alanlardan 1955-ci il təvəllüdlü Xudiyev Əliibrəhim Əliş oğlu, 1987-ci il təvəllüdlü Dövlətov Nicat İbadulla oğlu Sabirabad rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Şirvan və Sabirabadın təcili yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *