Rusiyada təyyarənin təcili eniş etməsi nəticəsində xəsarət alanların sayı 75 nəfərə çatıb – VİDEO – YENİLƏNİB-2

Rusiyada “Ural Airlines” təyyarəsinin paytaxt Moskva yaxınlığında təcil eniş etməsi zamanı xəsarət alanların sayı 75 nəfərə çatıb.

Median.Az-ın məlumatına görə, bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd edilir ki, onlardan 19-u uşaqlardır. Xəsarət alanlardan biri xəstəxanaya yerləşdirilib.

“Ural Airlines” şirkətinə məxsus “Airbus-321” təyyarəsi Moskvadakı “Jukovskiy” hava limanından qalxdıqdan 15 dəqiqə sonra təcili eniş edib. Hadisə zamanı təyyarədə 226 sərnişin və 7 heyət üzvü olub. Təyyarənin mühərrikinə quş girdiyi üçün yerə enmək məcburiyyəti yaranıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *