56 yaşlı kişi sirkə turşusu içib intihar etdi

Masallının 56 yaşlı sakini sirkə turşusu içərək özünü öldürüb.

Median.Az-ın oxu.az-a istinadən verdiyi xəbərə görə, Masallı şəhərində yaşayan Əliyev Mübariz Zülfüqar oğlu evində sirkə turşusu içərək həyatına son qoymaq istəyib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 56 yaşlı kişi 3-4 saatdan sonra reanimasiya şöbəsində dünyasını dəyişib.

İntiharın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *