Bakıxanovda narkomanlar “VAZ-2107” qaçırıblar

Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da Bakı şəhər sakini Q.Nəsibova məxsus “VAZ-2107” markalı avtomobili qaçıran paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar A.Sadıxov və Ş.Məmmədov saxlanılıblar.

Şəxsi axtarış zamanı A.Sadıxovdan 0,8 qram, Ş.Məmmədovdan isə 0,95 qram heroin götürülüb.

Avtomobil Bakıxanov qəsəbəsi ərazisində tapılıb.

Araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *