Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yaranıb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, qatar platformadan kənarlaşandan bir qədər sonra dayanıb.

15 dəqiqə dayandıqdan sonra qatar geri qayıdıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qatarın pantoqrafında nasazlıq yaranıb.

Sərnişinlər qatardan təxliyə olunub. Onlar növbəti qatarla Sumqayıta yola salınacaqlar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *