Göyçayda toy karvanında baş verən qəzada xəsarət alanların adları məlum oldu – YENİLƏNİB + FOTO

Göyçayda eyni vaxtda bir yolda iki qəza baş verib.

Median.Az-ın oxu.az-a verdiyi məlumata görə, digər qəzada iki “VAZ-21011” markalı avtomobil toqquşub.
İki yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

Hadisələr zamanı 1977-ci il təvəllüdlü Əsgərov Etibar Firudin oğlu, 1962-ci il təvəllüdlü Əhmədov Rəfael Yusif oğlu, 1989-cu il təvəllüdlü İbrahimov Qəzənfər Ələsgər oğlu, 1960-cı il təvəllüdlü Həsrətov Bikas Fərman oğlu, 1967-ci il təvəllüdlü Zeynalov Rafiq Bəylər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

***

Göyçay rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Göyçay şəhərindən keçən hissəsində, Göyçay çayının üzərindəki körpüyə yaxın ərazidə qeydə alınıb.

“VAZ 2107” və “Chevrolite” markalı minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hələlik xəsarət alanların adları məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *