İslandiyada qlobal istiləşmə “qurbanına” xatirə lövhəsi açıldı – FOTO

İslandiyada qədim Okiyoküdl buzlağının şərəfinə xatirə lövhəsi açılıb.

“Layf” xəbər verir ki, lövhədə ingilis və island dillərində gələcək nəsillərə müraciət yazılıb.

Lövhə iqlim dəyişiklikləri ilə mübarizəyə çağırır.

“Bizim bunu bacarıb-bacarmadığımızı tək siz biləcəksiniz”, – müraciət belə yekunlaşır.

100 il bundan əvvəl Okiyoküdl buzlağının sahəsi 16 kvadrat kilometr, eni isə 50 metr olub. Qlobal istiləşməyə məruz qalan buzlağın sahəsi hazırda 1 kvadrat kilometr, eni isə 15 metrə qədər azalıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *