Bakıda “Niva”dan 108 minlik dəyəri olan saatlar oğurlanıb

Bakının Nəsimi rayonu Mirzə İbrahimov küçəsində oğurluq hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, həmin küçədə yaşayan Anar Əliyev idarə etdiyi “Niva” markalı avtomobili yaşadığı binanın qarşısında saxlayıb. Ona məxsus avtomobildən hər birinin dəyəri 9 min manat olan 12 qol saatı oğurlanıb.

Hadisəni törədən şəxslər Nəsimi RPİ tərəfindən axtarılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *