Bakıda yaşlı kişinin ölümü ilə nəticələnən yol qəzası olub

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, saat 17:00 radələrində Bəbək prospektində baş verən qəzada avtomobil 1936-cı il təvəllüdlü kişini vurub.

Yaralı aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb. Onun kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *