Qobuda havaya tapancadan atəş açan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, avqustun 19-da Qobu qəsəbəsində, qəsəbə sakinləri E.Əbdülkərmov və N.Cabbarov arasında baş vermiş münaqişə zəminində E.Əbdülkərmov tapançadan havaya 2 dəfə atəş açıb.

Abşeron RPİ əməkdaşlarının əməliyyat tədbiri nəticəsində sonuncu saxlanılıb, ondan “Zoraki” markalı pnevmatik tapança və 1 ədəd patron götürülüb.

Abşeron RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *