Bakıda marketdən oğurluq edən qadın tutulub

Bakıda marketdən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 20-də saat 10 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən Rayon Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş RMŞ-nin əməkdaşları tərəfindən ərzaq məhsulları və parfyumeriya oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Hüseynova saxlanılaraq 24-cü PŞ-yə təhvil verilib.//milli.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *