Şamaxıda yolu keçən 13 yaşlı oğlanı maşın vurdu

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax yolunda, Mirikənd kəndi yaxınlığında qeydə alınıb.

Qaravəlli kənd sakini, 2006-cı il təvəllüdlü Rahib Rahim oğlu İsmayılov taksidən düşüb yolu keçərkən onu avtomobil vurub.

O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *