Masallıda evdən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki evdən 7100 manat və 220 avro pul, habelə qızıl əşyalar oğurlayan rayon sakini M.Səlimov saxlanılıb.

RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *