Gəncədə mikroavtobus sürücüsü qəza törədib – FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istnadən məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun 2-ci kilometrliyində qeydə alınıb.

Gəncə şəhər sakini, 31 yaşlı Ruslan Babayevin idarə etdiyi “Mercedes Vita” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb.

Sürücünün sözlərinə görə, qəzanın törədilməsinə səbəb digər avtomobilin onu sıxması olub. Hadisə yerinə yol-polis əməkdaşları və Təcili Tibbi Yardım briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *