Şamaxıda “Tofaş” beton piltəyə çırpıldı: 4 nəfər xəsarət alıb – FOTO

Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saat 22 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb.

50-CM-013 dövlət nömrə nişanlı “Tofaş” markalı minik avtomobili yoldan çıxaraq betona çırpılıb, 4 nəfər xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə yeni baş verdiyi üçün xəsarət alan şəxslərin adları hələ ki, məlum deyil.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *