Bakının mərkəzində qəza: Taksi yaşlı kişini keçidin yanında vurub öldürdü – FOTOLAR

Bakının Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az xəbər verir ki, hadisə Sahil metrosunun yanında – Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində baş verib. Hadisəyə səbəb taksi fəaliyyət ilə məşğul olan avtomobilin hər iki küçənin kəsişməsində olan piyada keçidinin yanında yaşlı kişini (red: şəxsiyyəti dəqiqləşdirilməyib) vurması olub. Hadisə nəticəsində piyada yerə yıxılaraq başından ağır kəllə-beyin travması alıb və hadisədən bir neçə dəqiqə sonra keçinib.

Faktla bağlı araşdırma başlanılıb.



Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *