Ağsuda dağlıq meşə ərazisində baş vermiş yanğın söndürülüb

25.08.2019-cu il tarixində Ağsu rayonunun Kəndaxan kəndinin yaxınlığında dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri tərəfindən söndürülüb.

FHN-in Mətbuat xidmətindən verilən məlumata görə, yanğın nəticəsində dağlıq ərazidə 10 ha sahədə kol-kos, ağaclar və qurumuş ağacların kötükləri yanıb.

Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.//report.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *