Salyanda mağazalardan oğurluq edən 3 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 24-də şəhər ərazisindəki mağazadan 65 manat pul oğurlayan rayon sakinləri K.Məmmədova, əvvəllər məhkum olunmuşlar Ə.Cəfərov və R.Eyvazov saxlanılıblar.

Araşdırma zamanı, R.Eyvazovun və K.Məmmədovanın avqustun 25-də şəhər ərazisindəki daha bir mağazadan 625 manat pul oğurlamaları müəyyən edilib.RPŞ İstintaq bölməsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *