Şəkidə toya gedən 21 nəfər xəstəxanalıq oldu – Yeməkdən zəhərləniblər

Şəkidə toyda kütləvi zəhərlənmə olub.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə Çeşməli kəndində baş verib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, eyni toyda iştirak edən 21 nəfər toy mərasimindən sonra Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər:

“Müraciət edənləri müayinə edən həkimlər onlarda dizbakterioz aşkarlayıblar”.

Nazirlikdən qeyd edilib ki, xəstələrə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *