Göygöl və Qazaxda piyadalar vurularaq, öldürülüb

Median.Az xəbər verir ki, avqustun 27-i saat 21 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndində, Daşkəsən rayon sakini Ş.İbrahimov idarə etdiyi “VAZ-21012” markalı avtomobillə Gəncə şəhər sakini Yetirən Həsənovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Bundan başqa, həmin gün Qazax rayonunun 1-ci Şıxlı kəndi ərazisində, Gürcüstan vətəndaşı B.Mahmudov idarə etdiyi “Mercedes” markalı avtomobillə kənd sakini Nurlan Yusifovu vurub.

Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *