Bakıxanov qəsəbəsində ev oğurluğunun üstü açılıb

Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakıxanov qəsəbəsindəki evdən 400 dollar, 10.000 manat dəyərində qızıl-zinət əşyaları və “İJ” markalı ov tüfəngini oğurlayan Qazax rayon sakini olan yeniyetmə saxlanılıb.

Cinayətdə iştirak edən daha 2 nəfərin şəxsiyyətləri müəyyən edilib.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *