Xaçmazda avtomobil xətti zədələdi, 860 abonent qazsız qaldı

Naməlum avtomobil sürücüsü avqustun 29-u axşam saatlarında orta təzyiqli Xaçmaz-Yalama qaz xəttini zədələyib.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, qaz xəttinin ciddi zədələnməsi səbəbindən Yalama kəndində 860 abonentin “mavi yanacaq”la təhcizatında məcburi fasilə yaranıb.

Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Əlibaba Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda qaz xəttinin təmir-bərpa işləri həyata keçirilir.

Qısa müddətdə kənddə qaz təchizatı bərpa olunacaq.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *