21 yaşlı bir uşaq anası intihar etdi

Daşkəsəndə intihar hadisəsi baş verib.

Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Alünitdağ qəsəbəsində qeydə alınıb.

Orada yaşayan 1998-ci il təvəllüdlü Hüseynova Aysel yaşadığı evdə özünü asıb. Onun hansı səbəbdən intihar etdiyi hələ ki, məlum deyil. A. Hüseynova bir uşaq anası olub.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *