Bakıda 49 yaşlı kişini avtomobil vurdu

Sabunçu rayonunda piyadanın xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Yeni Ramana qəsəbəsində “Orxan” kafesinin yaxınlığında “Nissan” markalı minik avtomobili yolu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Hüseynov Səyyub Abbas oğlunu vurub.

Hadisəni törədən sürücü özü yaralını xəstəxanaya çatdırıb.

S.Hüseynova hər iki baldırın sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *