Bakıda kütləvi dava olub, xəsarət alan var

Bakının Suraxanı rayonunda kütləvi dava zamanı bıçaqlanma hadisəsi baş verib.

Median.Az APA-ya istinadən xəbər verir ki, insident Hövsan qəsəbəsində qeydə alınıb.

Bir neçə nəfər dost arasında yaranmış mübahisə kütləvi davaya çevrilib. Bu zaman 2000-ci il təvəllüdlü Nəbili Nail Azər oğlu bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona qarnının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *