Sumqayıtda piyadanı öldürüb, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, avqustun 31-də Sumqayıt şəhərinin Sahil küçəsində müəyyən edilməmiş avtomobillə Corat qəsəbə sakini Mənsumə Əliyeva vurulub.

Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü, Abşeron rayon sakini R.Manafov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *