Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb

Saatlı rayonunda iki nəfərin xəsarət alması ilə nətcələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Qaralar kənd ərazisində qeydə alınıb.

Belə ki, “Şaqman” markalı yük maşını ilə minik avtomobili toqquşub. Qəza nəticəsində Ağcabədi sakini, 1999-cu il təvəllüdlü Rzayev Elgün Etibar oğlu və Saatlı şəhər sakini, 1999-cu il təvəllüdlü Məhərrəmli Zamiq Rövşən oğlu müxtəliif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *