Qobustanda ailə faciəsi: qardaş bacısını və qardaşını bıçaqlayıb

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Nərimankənddə qardaş öz bacısı, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğlunu bıçaqlayıb.

Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. M.Qurbanovaya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *