Şair Abbas Abdulla 79 yaşında vəfat etdi

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Abbas Abdulla vəfat edib.

Bu barədə oxu.az-a şairin oğlu Abdulla Acalov məlumat verib.

Bildirib ki, şair sentyabrın 4-də axşam saatlarında yaşadığı mənzildə (İzzət Nəbiyev 2B, mənzil 25) dünyasını dəyişib.

O, uzun sürən xəstəlikdən əziyyət çəkirdi.

Şair Abbas Abdulla bu gün saat 13:00-da Maştağada yerləşən Kəpənəkçi qəbiristanlığında dəfn ediləcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *