Bakıda məhbus yoxa çıxdı – Sonuncu dəfə “Audi Q7″yə minib…

Quba rayonunun 9 nömrəli koloniya-qəsəbəsinin məhbusu Səbail rayonu ərazisində yoxa çıxıb.

Median.Az oxu.az-a istinadən xəbər verir ki bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.

Bakı sakini 1994-cü il təvəllüdlü Rzayev Emil Zülfi oğlunu sonuncu dəfə avqustdun 23-də, saat 02:00 radələrində, Salyan şosesindəki 17 nömrəli binanın qarşısında görüblər.

E.Rzayev nömrəsi bilinməyən “Audi Q7” markalı maşına minərək naməlum istiqamətdə hərəkət edib. Polislər maşının qaçırıldığını ehtimal edirlər.
Qeyd edək ki, 2017-ci ildə E.Rzaev odlu silahın qanunsuz daşınması və saxlanılmasında, eləcə də dələduzluqda ittiham olunaraq həbs edilib.

Məhbus paytaxta avqustun 22-də müalicə almaq niyyəti ilə gəlib.

Hazırda polis əməkdaşları axtarışları davam edir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *