Goranboy rayonuna yeni baş memar təyin olunub

Goranboy rayon Memarlıq və Tikinti şöbəsində yeni təyinat olub.

Median.Az-ın report-a istinadən məlumatına görə, Goranboy rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsinə Rüstəm Eldar oğlu Mehdiyev təyin olunub.

Qeyd edək ki, həmin vəzifədə çalışan Qabil Nəbi oğlu Həsənov bir neçə ay öncə tutduğu vəzifədən azad edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *