Azərbaycan millisini Uelsdə 100-ə yaxın azarkeş dəstəkləyir

AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində Uels yığmasının qonağı olan Azərbaycan millisi Kardiffdə dəstəksiz qalmayıb.

Median.Az report-a istinadən xəbər verir ki, komandanı həm Böyük Britaniyada yaşayan, həm də Avropanın digər ölkələrindən, eləcə də Azərbaycandan gələn ümumilikdə 100-ə yaxın azarkeş dəstəkləyir.

Qeyd edək ki, Kardiff şəhər stadionunda keçirilən matç Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Hazırda hesab açılmayıb. Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *