Tovuzda 2 uşaq və 1 qadını maşın vurub

Tovuz şəhərində 3 piyadanı avtomobil vurub.

Median.Az-ın report-a istinadən məlumatına görə, piyadalardan ikisi uşaq, biri isə qadındır.

Hadisə onlar yolu qarşı tərəfə keçmək istəyən zaman baş verib. Hər 3 piyada Tovuz Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *