Millimiz dünya ikincisi ilə çətin sınaq qarşısında

Azərbaycan millisi bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxacaq.

Yığma komandamız 6-cı turda Xorvatiya millisini qəbul edəcək.

Dünya çempionatının finalçısı olan Xorvatiyada İvan Rakitiç, Andrey Kramariç və Mateo Kovaçiç kimi futbolçular oynamayacaq. Tərəflərin ilk oyununda Zaqrebdə Xorvatiya millimizə 2:1 qalib gəlib.

Qarşılaşma Bakı vaxtı ilə 20:00-da “Bakcell Arena”da baş tutacaq.

Qrupun digər oyununda qrup lideri Macarıstan doğma meydanda Slovakiyanı sınağa çəkəcək. Bu görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, millimiz seçmə mərhələdə keçirdiyi dörd oyunun hamısında uduzub və sonuncu pillədədir. Xorvatiya isə doqquz xalla qrup ikincisidir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *