Paytaxtda marketlərdən oğurluq edən 2 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Yasamal RPİ 26-cı polis bölməsinin əməkdaşları tərəfindən rayon ərazisindəki mağazadan 255 manat oğurlayan Bakı şəhər sakini R.Dadaşzadə saxlanılıb.

Bundan başqa, Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki marketdən 220 manat və tütün məmulatı oğurlayan Şağan qəsəbə sakini M.Rzayev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *