Nəsimi rayonunda əcnəbinin pulunu oğurlayan şəxs tutulub

Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 9-da əcnəbi vətəndaşın 400 dollar pulunu oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Rüstəmov saxlanılıb.

Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *