Goranboyda iki avtomobil toqquşub

Goranboy rayonunda iki avtomobil toqquşub.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan “BMW” markalı minik avtomobili “VAZ-2106” markalı maşınla toqquşub. Arxadan “VAZ-2106″ya çırpılan “BMW” toqquşmanın təsirindən idarəetmədən çıxıb və magistral yolun kənarına düşüb.

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobildəkilərin yüngül xəsarət aldıqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *