Keçmiş məhkum mağazadan oğurluq etdi, yenə tutuldu

Bakıda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Median.Az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 8-də rayon ərazisindəki mağazaların birindən 2000 manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Y.Musayev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *