Paytaxt sakinindən “Naqan” götürülüb

Median.Az xəbər verir ki, Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının Bakıxanov qəsəbəsində keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əsgərov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan nömrəsi silinmiş “Naqan” markalı tapança və 2 ədəd patron götürülüb.

Araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *