İlk dərs günü 3-cü sinif şagirdini maşın vurub öldürdü

İlk dərs günü məktəbli yol qəzasında ölüb.

Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə günorta saatlarında Şamaxının mərkəzi küçələrininin birində baş verib. İlkin məlumatlara görə minik avtomobili yolu keçmək istəyən 3-cü sinif şagirdi 9 yaşlı Yusif Nuriyevi vurub.

Hadisə şahidlərinin sözlərinə görə azyaşlı qəza yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *