Sabirabadda azyaşlı uşaq qaynar çaydanı üstünə aşırdı

Sabirabadda yaşyarımlıq uşağın üstünə qaynar su tökülüb.

Median.Az oxu.az-ə istinadən xəbər verir ki, Sabirabad şəhəri, N. Nərimanov küçəsində yaşayan, 2018-ci il təvəllüdlü Özgür Əhmədov valideynlərinin gözündən yayınaraq çaydanı aşırıb.

Nəticədə üstünə qaynar su tökülən uşaq yanıq xəsarətləri alıb.

Azyaşlı yaxınları tərəfindən Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *