Göyçayda oğul 79 yaşlı atasını bıçaqladı

Göyçayda oğul atasını bıçaqlayıb.

Hadisə rayonun mərkəzində qeydə alınıb.

Rayon sakini, 79 yaşlı Aydın Məmmədov oğlu ilə mübahisə edib. Hadisə zamanı oğul atasına bir neçə bıçaq zərbəsi vuraraq onu öldürməyə cəhd edib. Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, A.Məmmədovun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *