Lənkəranda 38 yaşlı kişi yoxa çıxdı

Lənkəranda 38 yaşlı kişi itkin düşüb.

1981-ci il təvəllüdlü Məmmədov Raman Nadir oğlu Lənkəran bazarı yaxınlığında “VAZ 21014” markalı avtomobilə minərək evə gedəcəyini deyib.

Lakin günorta saat 12:00 radələrindən sonra ondan heç bir xəbər alınmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun həyat yoldaşı Məmmədova Günay Nəhmətulla qızı məlumat verib.

Faktla bağlı araşdırma aparılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *