Bakıda keçmiş məhkum kafedə ürəyindən bıçaqlandı

Bakıda keçmiş məhkum bıçaqlanıb.

Median.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində baş verib.

Balaxanı qəsəbəsində fəaliyyət göstərən “Neftçi” kafesində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Hüseynov Seymur Elbrus oğlu tanışı Maqa ləqəbli şəxs tərəfindən döş qəfəsindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *