İmişlidə iki maşın toqquşdu: xəsarət alan var

Bu gün İmişlidə iki maşının toqquşub, nəticədə sürücülərdən biri xəsarət alıb.

Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə axşam saatlarında rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini, 1972-ci il təvəllüdlü Rəhimov Mirdamət Seyidəhməd oğlu idarə etdiyi “VAZ-2107” markalı avtomobillə hərəkətdə olarkən “Qazel” markalı avtomobillə toqquşub. Müxtəlif dərəcəli xəsarətlər alan “VAZ-2107”-nin sürücüsü İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *