Bakıda nəvə babasının evini soydu

Bakıda evdən pul və qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

Median.Az xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 14-də rayon ərazisindəki evlərin birindən 1500 manat və 15000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibinin nəvəsi N.Əmircanov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.//ölkə.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *