Binəqədidə soyğunçuluq edən yeniyetmə saxlanılıb

Median.Az xəbər verir ki, sentyabrın 18-də Binəqədi RPİ 43-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində, qəsəbə sakini E.Əliyevə məxsus “VAZ-2106” markalı avtomobildən soyğunçuluq yolu ilə maqnitofon aparan Salyan rayon sakini olan yeniyetmə saxlanılıb.

Araşdırma zamanı, onun daha 3 avtomobildən maqnitofon oğurlaması məlum olub.

Binəqədi RPİ-də CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *