Qızıl alverçisinə qarşı dələduzluq edən qadına hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Nərminə Əfəndiyevanın CM-nin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az xəbər verir ki, ittiham aktına görə, N. Əfəndiyeva qızıl alqı-satqısı ilə məşğul olan İ.Umbayevanın etibarından sui-istifadə edərək, ona qarşı 70000 manat məbləğində dələduzluq edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və dərhal iclas zalında həbs edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *